IQNA

Müsəlmanların Hz. Məryəmin (ə) mövluduna həsr olunmuş "Gül Aksiyası"

8:58 - August 29, 2015
Xəbər sayı: 3353393
Tehran(İQNA) - Marneuli şəhərində və paytaxt Tiflisdə yaşayan məsihiləri xanım Məryəmin (ə) mövludu münasibəti ilə təbrik edib.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)'nın İslam.az-a istinadla verdiyi xəbərə görə, Avqustun 27-də Ümumi Gürcüstan Musəlmanları Ali Dini idarəsi və onun nəzdində fəaliyyət göstərən İmam Əli (ə) xeyriyyə fondunun təşkilatçılığı ilə Marneulidə yaşayan müsəlman və məsihi xanımlar, Marneuli şəhərində və paytaxt Tiflisdə yaşayan məsihiləri xanım Məryəmin (ə) mövludu münasibəti ilə təbrik edib, onlara güllər hədiyyə ediblər.

Qeyd edək ki, bu, Gürcüstanda dinlərarası yaxınlaşma sahəsində müsəlmanların keçirdiyi ilk aksiya deyil. Bundan əvvəl də İslam Peyğəmbərinin (s), İmam Zamanın (əc) mövlud günlərində və digər bu kimi bəzi mübarək günlərdə oxşar aksiyalar keçirilib.

Teqlər: müsəlman ، Hz.Məryəm ، mövlud ، günü
captcha