IQNA

İmam Əliyə (ə) mənsub Quran nüsxəsi 2017 – ci ilə qədər çapdan çıxacaq

23:50 - August 29, 2015
Xəbər sayı: 3353839
İncəsənət şöbəsi: İmam Rzanın (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən "incəsənət yaradıcılığı müəssisəsi"nin direktoru İmam Əliyə (ə) mənsub Quran nüsxəsinin 2017 – ci ilə qədər yenidən çapdan çıxacağı barədə xəbər verib.


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Rəzəvi Xorasanı" əyalətindən verdiyi xəbərə görə, İmam Rza (ə) miladı festivalını keçirən təşkilatın yaydığı xəbərə əsasən, Əli Sabitniya - İmam Rzanın (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən "incəsənət yaradıcılığı müəssisəsi"nin direktoru, İmam Əliyə (ə) mənsub Quran nüsxəsinin nəşr üçün yeni proyekt olduğunu və 2017 – ci ilə qədər yenidən çapdan çıxacağı barədə xəbər verib.



Əli Sabitniya - İmam Rzanın (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən "incəsənət yaradıcılığı müəssisəsi"nin direktoru, İmam Əliyə (ə) mənsub Quran nüsxəsinin intişarına işarə edərək dedi: İmam Rzanın (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən kitabxananın həmkarlığı ilə 2017 – ci ilədək İmam Əlinin (ə) dəstxətti ilə yazıldığı iddia olunan Quran – Kərim nüsxələrini çap edəcəyik.



Qeyd edək ki, bu yöndə 2017-ci ilədək bir sıra incəsənət işləri də görüləcəkdir. Bunlardan videoçarxların istehsalı, şəkilləri albomları və sair işləri misal göstərmək olar.   



3353155

Teqlər: quran ، nüsxə ، İmam Əli ، 2017
captcha