IQNA

Azanın sözlərini dəyişdiyi üçün həbs olundu

6:50 - September 02, 2015
Xəbər sayı: 3357121
Beynəlxalq şöbə: Misirli bir azançı azanın sözlərində dəyişiklik edərək "namaz yuxudan yaxşıdır" cümləsinin əvəzinə "namaz "feysbuk"dan yaxşıdır" dediyi üçün həbs olundu.


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "rə`y əl – yəvm" informasiya portalına istinadən verdiyi xəbərə görə, Misirin "Büheyrə" əyalətinin "Kəfr əd – dəvar" rayonunda yerləşən "Ər – Rəhmət" məscidinin azançısı Mahmud əl – Məğazi insanları "feysbuk"dan uzaqlaşdırmaq üçün Sübh azanının sözlərində dəyişiklik edərək "namaz yuxudan yaxşıdır - «الصلاة خیر من النوم» " cümləsinin əvəzinə "namaz "feysbuk"dan yaxşıdır - «الصلاة خیر من فیسبوک»" dediyi üçün Misirin "Vəqflər Nazirliyi" tərəfindən həbs olundu.



Misirin "Vəqflər Nazirliyi" azançının bu addımının ardınca insanların onun əleyhinə şikayət etməsi və məsələnin ictimai şəbəkələrdə yayılmasından sonra onun əleyinə ittiham qaldıraraq, azançının azan vermək hüququ əlindən alınmışvə daha sonra  qanun mühakiməsinə təhvil vermişdir.



Misirin "Büheyrə" əyalətinin "Kəfr əd – dəvar" rayonunda yerləşən "Ər – Rəhmət" məscidinin azançısı Mahmud əl – Məğazi istintaq zamanı bu ittihamı rədd edərək dedi: Bəzi qrulmlar mənim azançılıq şöhrətimi və hörmətimi ictimaiyyətdə ləkələmək istəyirlər.



Qeyd edək əhl – sünnə məzhəbində sübh azanında "Tələsin xeyirli əmələ  - «حی علی خیر العمل» " cümləsinin əvəzinə "Namaz yuxudan yaxşıdır - «الصلاة خیر من النوم» " deyilir.



  3355897

Teqlər: azan ، sübh ، yuxu ، facebook
captcha