
	İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "məname post" xəbər portalına istinadən verdiyi xəbərə görə, şənbə günü görkəmli şiə din xadimi Şeyx Əli bin Əhməd əl – Cidd Həfsi paytaxt Manamadan 12 km cənub-şərqdə yerləşən Sitra rayonu nəzarət buraxılış məntəqəsində hakimiyyətə qarşı çıxışından sonra tutulmuşdu. Bundan sonra rejim qüvvələri  həbsxanada olan ruhanini 1 gündən sonra azadlığa buraxıb.
	Ürək çatışmazlığından əziyyət çəkən Şeyx Əli bin Əhməd əl – Cidd Həfsinin halı həbsdən sonra pisləşdiyindən, müalicə almaq üçün məmurlar tərəfindən hərbi hospitala nəql olunub.
	14 iyul 2014-cü ildə Manamadakı etiraz aksiyasında 66 yaşlı din xadimi Şeyx Əli bin Əhməd əl – Cidd Həfsi, vətəndaşların öz müqəddəratlarını təyin etmək hüququ barədə etirazından sonra əl-Xamis polis şobəsində dindirilmək üçün çağırılmışdı.
	Şeyx Əli bin Əhməd əl – Cidd Həfsi, rejim əleyhinə olan tədbirdə iştiraka görə itiham olunurdu.
	Yüzlərlə nümayişçi Şeyx Əl-Cidafsinin həbsini etirazlarla qarşılamışdılar.
	Alimin gəlini və qızı da eyni zamanda həbs ediliblər. O, bir gün sonra azadlığa buraxılıb.