Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Xəzərxəbər-ə istinadən xəbər verir ki, yaralıların da sayı artıb. Səudiyyə Ərəbistanının Vətəndaş Müdafiəsi Nazirliyinin məlumatına görə, ölənlərin əksəriyyəti Afrika ölkələrinin vətəndaşlarıdır.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, ölən və yaralılar arasında azərbaycanlılar yoxdur. Mina dağındakı hadisə azərbaycanlı zəvvarlar oradan ötüb keçdikdən sonra baş verib.
"Al Jazeera"nin məlumatına görə, ölənlərin sayı 717-yə, yaralıların sayı isə 863 nəfərə çatıb.