IQNA

Məkkədəki faciəyə Kral Salmanın oğlu səbəb olub

15:32 - September 25, 2015
Xəbər sayı: 3369295
Tehran(İQNA) - Səudiyyə rejiminin həcc mərasimindəki intizamsızlığı və hər hansı bir hadisə ilə bağlı hazırsızlığı müsəlman ölkələrinin səsini çıxarmasına səbəb olub.

Beynəlxalq Quran Xəbər Agentliyi’nın (İQNA) İslam.az-a istinadla verdiyi xəbərə görə, Türkiyənin Diyanət Bakanlığı Həcc mərasiminin təşkili ilə bağlı müsəlman ölkələrinin toplantı keçirməsini zəruri addım sayıb. Baş verən faciədə 95 vətəndaşını itirən İran isə Səudiyyənin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağıraraq, ondan izahat istəyib.

Səudiyyə Ərəbistanı isə bütün baş verənləri həmişəki kimi öz üzərindən atdığı kimi, dünənki hadisəni də afrikalı Hacıların üstünə atmağa çalışıb. Ancaq Livanın Əd-Diyar qəzetinin yazdığına görə, əslində Minada baş verən sıxlığın və insan faciəsinin əsl səbəbi kralın oğlu, bu ölkənin müdafiə naziri olan Məhəmməd bin Salman və onun korteji olub. Beləki, dünən 9:00 radələrində Məhəmməd bin Salmanın maşın karvanı Minada, hacıların hərəkət etdiyi məntəqənin yaxınlığından keçdiyinə görə, yolu bağlayırlar. Hərəkət olan onminlərlə hacı yolun qəfil bağlandığından qarşı tərəfdən gələn hacıların hərəkət hissəsinə çıxmaq məcburiyyətində qalıblar. Məhz bundan sonra cəmiyyətin çoxluğu və bir-birinə toqquşması nəticəsində minlərlə insan ayaq altda qalaraq məhv olublar.

Hadisədən dərhal sonra Səud rejiminin təhlükəsizlik orqanları media nümayəndələrini qapalı bir məkana salaraq çıxmalarına icazə verməyib.
Qeyd edək ki, bundan əvvəlki kran faciəsi də Məhəmməd bin Salmanın rəhbərlərindən olduğu şirkətlərdən birinin səhlənkarlığı nticəsində baş vermişdi.

Teqlər: məkkə ، facia ، kralın ، oğlu
captcha