İQNA –nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Misriyyun" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Ərəbistan dövlətinin ləyaqətsiz məsul məqamları guya Məkkə və Mədinədə keçici xəstəliklərin qarşısını almaq hədəfi ilə dünəndən (28 sentyabr 2015-ci il) Mina və Məşərdə onların ləyaqətsizliyi və idarəçiliyi bacarmaması ucbatından baş verən ürəkyandıran faciənin 600 nəfər adsız və sahibsiz qurbanlarını kollektiv qəbirlərdə dəfn etməyə başlayıb.
Misirin Həcc məsələləri üzrə idarənin bu məlumatlara agah məqamları bu barədə deyiblər: Ərəbistan dövlətinin ləyaqətsiz məsul məqamları guya Məkkə və Mədinədə keçici xəstəliklərin qarşısını almaq hədəfi ilə dünəndən Mina və Məşərdə baş verən ürəkyandıran faciənin adsız və sahibsiz qurbanlarını kollektiv qəbirlərdə dəfn etməyə başlayıb və Misir Həcc heyəti və digər ölkələrin Həcc heyətlərindən də istəyiblər ki, bu dəfn mərasimində iştirak etsinlər.
Məhəmməd Muxtar Cümə - Misirin Vəqflər naziri və Həcc heyətinin rəisi, bu hadisədə 37 nəfər misirlinin öldüyünü qeyd edərək dedi: Bu insanlar öz ailələrinin razılığı Vəhy torpağında dəfn olunacaqlar.