İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "almasalla.trave" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, "Quranla əhd və peyman" adlanan bu festival İraqın şiə ziyarətgahlarının mərkəzi müdiriyyətinin nəzarəti, İmam Hüseyn (ə) və Həzrət Abbas (ə) ziyarətgahları müdiriyyətinin həmkarlığı ilə keçirildi və bu gün axşam saatlarında öz işini sona çatdırdı.
Festivalda İraqın daxili mədəni müəssisələri, mədəniyyət adamları, elmi cameəsi, ziyarətgahların nümayəndələri, Nəcəf elmi hövzəsinin ustadları, İraq universitetlərinin müəllim və tədqiqatçıları və xarici qonaqlar iştirak ediblər.
Şeyx Qasim Əl-Həsnavi – "Şəhid Zeyd (ə)" ziyarətgahının müdiri, festivalın açılış mərasimində dedi: İmam Hüseyn (ə) hərəkatı ilə Zeyd bin Əlinin (ə) qiyamı arasında möhkəm bağlılıq var, hər iki hərəkat o zamanın insanları hakim kəsilmiş zalim hakimiyyətinin qarşısında dirəniş məktəbi açmış və müqavimət dərsi öyrətmişdir. Zeyd bin Əli (ə) cəddi İmam Hüseyn (ə) kimi böyük bir qiyama rəhbərlik etmişdir. O, "əmr be məruf və nəhy əz münkər" və İmam Hüseyn və Kərbəla şəhidlərinin intiqamını almaq üçün qiyam etmişdir.
Qeyd edək ki, Şəhid Zeyd (ə) İraqın Babul şəhərində mədfundur. O, şiələrin 4-cü imamı Həzrət Zeynülabidinin (ə) oğludur. Şiə alimləri Zeydin şəxsiyyətini tərifləmiş, onu alim, mücahid, şücaətli və təqavalı bir insan kimi tanıtdırmışlar. /iqna/