İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Avropa şöbəsinin verdiyi xəbərə görə, Dövlət Bağçalı - Türkiyənin "Milli Hərəkət Partiyası"nın rəhbəri, özünün Tyuterdəki şəxsi səhifəsində paylaşdığı bir ismarıcda şəhidlər ağası İmam Hüseynin (ə) əzadarlıq günləri münasibətilə belə yazır: "Kərbəla bir yaradır ki, illərdir onun qanı axır. Kərbəla vaqeəsi böyük bir tradegiya və dərin bir qəmdir ki, müsəlmanların müştərək hafizəsində və yaddaşında özünə yer almışdır".
O deyir: "Tac və taxt, dünya mənafeyi və dünya xoşbəxtliyi üçün bəziləri o dərəcəyə qədər vəhşiləşdilər ki, müqəddəslərə də əl uzatdılar, onlar insanlığın eybli sifətidirlər. Zülm həvəsi gah Firon, gah Nəmrud, gah Yezid və gah da başqa sifətlərdə insanlıqın qarşısında vicdansızlıqla dayanmışdır. Necə çətindir ki, bu gün Kərbəla hadisəsinin üzərinə yeni – yeni hadisələr əlavə olunur, bu hadisəyə oxşar soyqrımları baş verir. Gəlcəyi İmam Hüseyn (ə) kimi pak insanlar yazacaq, yezid kimiləri deyil!"
O dedi: Seçimlər çox azdır, ya Yezid tərəfində duracaqsan, ya da İmam Hüseyn (ə) sırasına keçəcəksən. Mənim arzum budur ki, hamı Kərbəla hadisəsindən dərs alsın və ibrət götürsün! Allah bizi zalimcəsinə və yezid kimi yaşamaqdan uzaq etsin!