İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Long İsland Press" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Nyu-Yorkun "Lang Aylənd" İslam mərkəzi ilk dəfə olaraq dinlər arası müəsissəni müxtəlif dinlərin davamçılarının müştərək fəzada bir-birini daha yaxşı tanımaq, həmkarlığı genişləndərimək və vəhdət yaratmaq üçün təsis edərək istifadəyə verdi.
Faruq Xan – Nyu-Yorklu həkim və "Lang Aylənd" İslam mərkəzinin təsisçilərindən biri, dedi: Mənim digər dinlər və onların əsas prinsipləri barədə daha çox məlumat əldə etməyə ehtiyacım var. Və digər dinlərin də dini fəzanın bu cür zəhərləndiyi bir vaxtda mənim dinim olam İslam barədə daha çox bilgi əldə etməyə ehtiyacları vardır. Bu yeni mərkəz bu ehtiyacı təmin etmək hədəfi ilə yaradılıb. Mərkəzin idarəetmə heyəti müxtəlif dinlərdən və mədəniyyətlərdən olan şəxslərin əlində olacaqdır.
Ustadlar, müəllimlər, tələbə və şagirdlər arasında dinlərlə bağlı məlumatların ötürülməsi, İslam dini haqqında fərqlənən və mediada əleyhinə təbliğ olunandan fərqli bir din olaraq lazım olan təlimlərin verilməsi və İslam dini haqqında dəqiq maarifləndirmə bu mərkəzin əsas hədəflərindəndir.
Bu mərkəz müxtəlif təhsil ocaqları ilə həmkarlıq etməklə yanaşı seminarlar, konfranslar və yarışlar da keçirəcəkdir.
Nəticələr göstərir ki, 2010-cu ildən bəri İslam dini Amerikada yayılan ən sürətli dindir. Hesabata görə Amerikada 8 milyondan çox müsəlman yaşayır.