İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "təfsir" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, tanınmış Quran qarilərinin beynəlxalq şurası Ərəbistanın dünya İslam birliyi təşkilatı təşəbbüsü ilə təsis edildi və bu təşkilatın ilk mətbuat konfransı keçən həftənin cüməaxşamı gün, "Bürc əs – saət" hotelində müqəddəs Məkkə şəhərində keçirilmişdir.
Bu iclas Abdullah bin Abdulmöhsin ət-Türkinin – İslam dünya birliyi təşkilatının baş katibi, başçılığı ilə keçirilib. Abdullah Bosfor – tanınmış Quran qariləri beynəlxalq şurasının baş katibi və İslam dünyasının digər 20 qarisi bu iclasda iştirak ediblər.
Abdullah bin Abdulmöhsin ət-Türki – İslam dünya birliyi təşkilatının baş katibi, bu barədə dedi: Bu şura Quran-Kərimə əhəmiyyət verməyin, diqqət göstərməyin yönəmində, tanınmış Quran qarilərinin dünyada ifa etdiyi rolu və onların Quranın tilavət və təcvidinin öyrənilməsində təsirini göstərmək hədəfi ilə təsis edilmişdir.
İclasın davamında iştirakçılar şuranın proqramları, əsasnamə və məramnaməsi, komitə üzvlərinin adları ilə tanış oldular və şuranın Quran qiraəti barədə nəşr edəcəyi jurnal barədə müzakirələr apardılar.