İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Fələstin online" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, 17 gün ərzində Quran-Kərimi tamamən əzbərləyən Fələstinli tələbə Səbəh Vəcih əl-Qeyq Qəzza zolağında yaşayan ilk hafizdir ki, belə qısa bir müddət ərzində Quran-Kərimi tam əzbərləməyə nail olub.
Səbəh Vəcih əl - Qeyq bununla bağlı deyib: “Qurani-Kərimi əzbərləmək mənim arzum idi və indi mən Allahın köməyi və dəstəyi ilə bu müqəddəs kitabı əzbərləyə bildim. Mehriban Yaradan mənim duamı qəbul etdi.
O, özünün Quranı əzbərləmək üslubu haqqında dedi: Quranı əzbərləməkdə tətbiq etdiyim üsulu “Quranı 30 gündən az bir müddətdə necə əzbərləmək olar” (کیف تحفظ القرآن فی أقلّ من 30 یوماً) adlı kitabda yazmışam və tezliklə çap ediləcək."
Hazırda Səbəh Vəcih “Fizika plazması” fakültəsində magistr pilləsində təhsil alır və doktorluq dərəcəsini bitirdikdən sonra Fizika sahəsində 12 elmi kitab buraxmaq niyyətindədir.
O, həmçinin əl-Əqsa Universitetində təhsil alarkən “Astronomiya elminə giriş” (مدخل الی علم الفلک) adlı kitab da yazıb. Həmçinin o və tələbə dostları çox yazın zamanlarda astronomiya mövzusunda Fələstinin ilk elmi jurnalını da çapa hazırlayacaqlar.