IQNA

Bəşşar Əsəd:

Qətər, Türkiyə və Ərəbistanın İŞİD-in sığınacaq yeri və dal qapısıdır

23:51 - November 22, 2015
Xəbər sayı: 3455818
Xarici şöbə: Bəşşar Əsəd (Suriya prezidenti) Türkiyə, Qətər və Ərəbistanın İŞİD terrorçularının ən güclü himayəçisi adlandıraraq bu ölkələri İŞİD-in dal qapısı adlandırdı.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm" peyk TV kanalının informasiya portalına istinadla verdiyi xəbərə görə, Bəşşar Əsəd (Suriya prezidenti) Türkiyə, Qətər və Ərəbistanın İŞİD terrorçularının ən güclü himayəçisi adlandıraraq bu ölkələri İŞİD-in dal qapısı adlandırdı və qərb siyasətlərinin əxlaqi alçaqlığının islah olunmasının zəruriliyini vurğuladı.



Suriya prezidenti Türkiyənin prezidenti və baş nazirinin terrorçu İŞİD qrupunu birbaşa himayələrinə toxunaraq, vurğualyıb ki, Ankara, Doha və Ərriyad bu təkfirçi qrupun dayaq nöqtələridirlər.



Bəşşar Əsəd (Suriya prezidenti) Çinin Foniks telekanalı ilə müsahibədə bildirib ki, terrorçu İŞİD qrupunun qüdrəti Türkiyənin prezidenti və baş naziri Rəcəb Tayyıb Ərdoğan və Əhməd Davudoğlunun birbaşa himayələrindən qaynaqlanır. 



Suriya prezidenti terrorizmin məhvi üçün heç bir zaman cədvəlinin mövcud olmadığını qeyd edərək, bildirib ki, bu məsələnin səbəbi, yalnız quru meydanında irəliləmə ilə bağlı deyil, həm də digər ölkələrin terrorizmə verdikləri dəstək ilə əlaqədardır. 



O, vurğulayıb: Qərbin siyasətlərini bürümüş və əvəzini bizim ödədiyimiz mənəvi tənəzzül islah olunmalıdır.



3455699

Teqlər: qətər ، türkiyə ، əsəd ، İŞİd ، ərəbistan
captcha