İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-vəfd" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, dünən, 1 dekabr 2015-ci il, Türkiyənin cənub-şərqində yerləşən və kürdlərin ən çox yaşadığı bölgə hesab olunan Diyarbəkr şəhərində Quran Təlimləri Mərkəzinin hafizlər mədrəsəsində baş verən yanğın zamanı altı nəfər Quran öyrənən şagird canını itirdi. Həmin mədrəsədə dərs alan digər üç şagir isə yanğın xəsarəti alaraq Diyarbəkr şəhər xəstəanasında yerləşdiriliblər.