İQNA-nın "raşa tudey" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, ABŞ – ın prezidenti Barak Obama son çıxışında Kaliforniyada baş verən küçə güllə savaşı hadisəsi barəsində danışarkən İŞİD – in İslam dininin nümayəndəsini olmadığına işarə edərək vurğuladı ki, bu terrorist qruplaşma məhv ediləcəkdir. O dedi: Amerika odlu silahların alış – verişi barədə daha çətin qanunlar qəbul etməlidir.
O həmçinin Amerika konqresindən tələb etdi ki, İŞİD terroristləri əleyhinə aparılan döyüşləri dəstəkləsinlər və himayə etsinlər.
Amerika prezindeti Barak Obama Kaliforniyanın "Sen Bernardo" regionundakı odlu silahlarla atışma hadisəsini terror hücumu adlandıraraq dedi: Həftənin üçüncü günü amerikalılar tətil günlərini xoş keçirtmək üçün bir yerə toplaşmışdılar ki, terror hücumuna məruz qaldılar və öldürüldülər. Mövcud faktlar göstərir ki, onların iki nəfəri radikal İslamçı olublar.
Barak Obama – ABŞ – ın prezidenti, xatırlatdı ki, terrorizm yeni bir mərhələyə qədəm qoyubdur və terroristlər daha çətin və anlaşılmaz əməliyyatlar keçirirlər. Onlar bizim cameədə addi hala keçmiş küçə savaşından istifadə edirlər və bu bizim üçün işi çətinləşdirir.
Amerika prezidenti İŞİD – in İslam dininin nümayəndəsini olmadığına işarə edərək vurğuladı ki, bu terrorist qruplaşma məhv ediləcəkdir və hazırda onlarla mübarizə üçün ciddi hazırlıq gedir.