IQNA

İŞİD terroristləri Avropada kütləvi qırğın silahlarından istifadə edəcək

8:37 - December 09, 2015
Xəbər sayı: 3461420
Beynəlxalq şöbə: Avropa Birliyi Parlamentinin yayımladığı yeni hesabatda yazılır: İŞİD kimyəvi, fiziki və kompüter elmləri üzrə ekspertləri işə götürübdür ki, ehtimal olunur kütləvi qırğın silahlarından istifadə edərək, Qərblə vuruşsun.


IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "PRESS TV" peyk kanalına istinadla verdiyi xəbərə görə, İŞİD keçmişdə və hazırda bəziləri kimyəvi, fiziki və kompüter elmlərini öyrənmiş yüzlərlə xarici döyüşçünü işə götürüb. Ekspertlər bu qənaətdədirlər ki, bu mütəxəssislər ölümcül silah düzəltmək bacarığına malikdirlər.



Avropa Birliyi Parlamentinin yayımladığı yeni hesabatda deyilir ki, İŞİD ola bilsin, gələcək hücumlarda qadağan olunmuş kütləvi qırğın silahlarından istifadə fikrinə düşmüş olsun.



Paris hücumlarından sonra toplanmış bu hesabat iddia edir ki, İŞİD kütləvi qırğın silahlarını Avropaya qaçaq edibdir.



Avropa Parlamentinin hesabatı xəbərdarlıq edir ki, hazırda avropalı vətəndaşlar terror qruplarının Avropaya hücumda kimyəvi, mikrob və radioaktiv və ya nüvə maddələrindən istifadə etməsi xətərini ciddi saymırlar.



Bu hesabatda deyilir: Hazırkı şəraitdə əgər belə bir hücum baş verərsə, onun səbatsızlıq yaradan təsiri artacaqdır.



Hesabatda Avropa İttifaqı dövlətlərinə xəbərdarlıq edilibdir ki, həssas məntəqələrdə işləyən və ya onlara çıxa bilən ekstremistlərdən ehtiyatlı olsunlar.



Bu hesabatda təhlükəsizlik xidmətlərinə də xəbərdarlıq edilibdir ki, kimyəvi, mikrob və radioaktiv və ya nüvə maddələr üzrə biliyə malik olan təkfirçiləri Avropaya daxil olan kimi saf-çürük etsinlər.



Bu məsələ ilə bağlı BMT də xəbərdarlıq etdi. Nüvə Enerjisi Beynəlxalq Ajansının müdiri carinin həftənin birinci günü İŞİD radioaktiv silahlara yiyələnməsi və "zəhərli və çirkli" silahlar düzəltməsi barədə həyəcan təbili çaldı. Amano Filippin iclasında bütün ölkələrdən istəyib ki, kütləvi qırğın silahları düzəltmək üçün lazım olan maddələri möhkəm qorusunlar ki, terroristlərin əlinə keçməsin.



3460994



 

Teqlər: amano ، bmt ، İŞİd ، nüvə ، radioaktiv
captcha