IQNA

Ərəbistan Sənada onlarla məscidi dağıdıb

13:12 - January 22, 2016
Xəbər sayı: 3480087
Tehran, 22.01.2016 - Səudiyyə Ərəbistanı və müttəfiqlərinin hava hücumları nəticəsində Yəmənin paytaxtı Sənada onlarla məscid dağılıb.
Ərəbistan Sənada onlarla məscidi dağıdıb
IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi məlumata görə, Yəmənin paytaxtı Sənanın İslami İrşad və Vəqflər dəftərxanasının yaydığı elanda bildirilir ki, Səudiyyə Ərəbistanı rejiminin başçılıq etdiyi koalisiyanın Yəmənə təcavüzü nəticəsində bu ölkənin  Səna əyalətində 136 məscid dağılıb.

Sənanın İslami İrşad və Vəqflər dəftərxanasınınrəisi Eymən Əbdülqadir deyib ki, Səna əyalətində  49 məscid Səudiyyə rejiminin  qırıcılarının bir başa bombalaması nəticəsində tamamilə dağıdılıb və 87 məscidə isə ziyan dəyib.
Xəbərdə deyilir ki, 19 məscid Sənhan və Bəni-Bəhlul, 13 məscid Həmdan, 5 məscid Biladrus, 3 məscid Bəni-Mətər, 3 məscid Nihəm, 4 məscid Xulan və Hiymə, 1 məscid Həcanə və 1 məscid isə Bəni Həşiş rayonlarında viran edilmişdir.  Eymən Əbdülqadirin sözlərinə görə, dağıdılmış məscidlərin 80 faizdən çoxu Yəmənin mədəni və tarixi əsərləri sırasında olub və bəzi məscidlərin tikilmə tarixi 100 ildən daha çox olub. 
E. Əbdülqadir tarixi  abidələrə hücumların təşkilini beynəlxalq qanunlara zidd olduğunu bildirib və Səudiyyə rejimi və müttəfiqlərinin tarixi abidələrə hücumunu pisləyib.

captcha