IQNA

Laricani:

"Geridə qalmış ölkələr islam ümməti arasında ixtilaf yaratmaq niyyətindədir"

11:30 - February 02, 2016
Xəbər sayı: 3480119
Tehran, 02.02.2016 – İran parlamentinin sədri İslam dünyasındakı vəhdətin önəmindən danışıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, İranın islami məclisinin sədri Əli Laricani İmam Xomeyninin (rə) İslami vəhdətə verdiyi önəmdən danışıb.

Parlament sədri deyib: "İmam Xomeyninin bu hərəkəti islam ümmətinin özünün tanımasına səbəb oldu. O zaman müsəlmanlar qəflət içində idilər və bir birilərinin halına acımırdılar. O bütün çıxışlarında müsəlmanların vəhdətinə toxunurdu. Təəssüf olsun ki, bu gün imperialist qüvvələr və bölgədə olan bəzi geridə qalmış ölkələr islam ümməti arasında ixtilaf yaratmaq niyyətindədirlər. Onlar bu hədəflərinə təkfirçi qruplara verdikləri dəstəklə qulluq edirlər. İmam Xomeyninin oyatdığı hisslərdən biri də, müsəlmanlarda cihad ruhiyyəsinin yaranması oldu. Bu gün də, bu iki məsələ islam ümməti arasında prioritet vəzifə kimi qalmalıdır."

Teqlər: laricani ، İslam ، ixtilaf
captcha