IQNA

Vaşinqtonda Quran sərgisi keçiriləcək

6:50 - February 03, 2016
Xəbər sayı: 3480123
Tehran, 03.02.2016 – ABŞ-ın paytaxtı Vaşinqtonda prezident seçkiləri ilə eyni zamanda Quran-Kərimin qədim əlyazma nüsxələri sərgisi keçiriləcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "The Art Newspaper" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın paytaxtı Vaşinqton şəhərində ABŞ prezident seçkiləri ilə eyni zamanda dünyanın müxtəlif ölkələrinin iştirakıyla Quran-Kərimin qədim əlyamza nüsxələri sərgisi keçiriləcəkdir.

Vaşinqtonun "Frir" və "Sakler" (Freer and Sackler Galleries) incəsənət qalareyasında keçiriləcək bu sərgidə Orta Şəqrin Ərəbdilli ölkələri, İran, Türkiyə və Şimali Afrikadan gətirilmiş 50 əlyazma nüsxə sərgilənəcəkdir.

Bu sərgi cari ilin Oktyabr ayının ortalarında Amerika prezident seçkilərindən bir neçə həftə öncə "Smithsonian İnstitution" müəssisəsinin nəzdində olan və dünyanın ən böyük elmi, tədqiqi və mədəni muzeyi sayılan "Frir" və "Sakler" (Freer and Sackler Galleries) incəsənət qalareyasında keçiriləcəkdir.

Culin Rabi – "Freer and Sackler Galleries"in müdiri, dedi: Bu sərgi müxatəblər üçün fürsət yaradacaq ki, ən gözəl incəsənət nümunələri olan bu qədim Quran nüsxələrini ərsəyə gətirmiş incəsənət ustalarının məharət və peşəkarlıqları və həmçinin bu qədim əlyazma Quran nüsxələrinin üzünü çıxarmış (istinsaxaq, kopi) və toplayaraq saxlamış insanlarla yaxından tanış olsunlar.

Sərgidə 9 yüz il öncədən indiyədək olan Quran nüsxələri, 8-ci hicri əsrlərində Dəməşqdə yaradılmış və dünyada yayılmış Quran incəsənəti və 16 və 17-ci əsrlərdə Osmanlılar dövründə yazılmış Quran nüsxələri tamaşaçılara görüntülənəcəkdir.

Bundan əlavə sərgidə Quranla bağlı və müxtəlif yerlərdən toplanmış tarixi eksponatlarda səgrilənəcəkdir.

http://iqna.ir/fa/news/3472328


captcha