İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "mənamə post” xəbər agentlinin informasiya portalına istinadla verdiyi xəbərə görə, dünyanın İnsan Hüquqları Müdafiəsi Təşkilatlarından bir neçəsi, o cümlədən Amerikalıların "Bəhreyndə İnsan Hüquqları və demokratiyanın bərpası təşkilatı”, "Bəhreyn İnsan Hüquqları Mərkəzi”, "Bəhreyn Hüquq və Demokratiya Mərkəzi”, "Avropanın İnsan Hüquqları və Demokratiya Mərkəzi” və "Ədalət və İnsan Hüquqları Təşkilatı” müştərək bəyaniyyə yayaraq Bəhreyn İnqilabının il dönümündə (14 Fevral) Ali-Xəlifə rejimini söz azadlığına sayqılı olmağa və etiraz aksiyaları keçirənlərə zorakılıq göstərməməyə çağırdı.
Bu təşkilatların müştərək bəyaniyyəsində Ali-Xəlifə rejimindən tələb olunur ki, insanların söz azadlığı haqqını tanısın, öz hüquqlarını əldə etmək üçün sakit etiraz aksiyaları keçirənlərə qarşı zorakılıq göstərməsin və siyasi məhbusları tez bir zamanda azadlığa buraxsın.
Bəyaniyyədə verilən hesabata görə, Bəhreynin siyasi vəziyyəti keçən 5 il ərzində yaxşılaşmayıb, Bəhreyn dövləti öz öhdəliklərinə əməl etməyib və həmçinin lazım olan islahatları yerinə yetirməyib. Bunun əvəzinə sakit etiraz aksiyaları keçirənlərə qarşı zor tətbiq edib, İnsan Hüquqları aktivistlərini və siyasi fəalları həbs edib.
Bu bəyaniyyə deyilir ki, Bəhreyn hakim rejimi keçən 4 ay ərzindən 400-dən çox aksiyaçını həbs edib ki, onların 76%-i qeyri-qanuni və özbaşınalıqla həbs edilib.
http://iqna.ir/fa/news/3475392