İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Misirin "Quranuna” (bizim Quran) xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, məşhur misirli qari və Quran ustadı Şeyx Məhəmməd Əhməd Amirin vəfatı münasibəti ilə onun ifası ilə Quranın 30 cüzünün hamsının tilavəti "Quranuna” saytında yerləşdirilmişdir. İstifadəçilər Ustadın səsi ilə bütün Quran surələrinə qulaq asa və ya endirə bilərlər.
Qeyd edək ki, məşhur misirli qari və Quran ustadı Şeyx Məhəmməd Əhməd Amiri Misirin əş-Şərqiyyə əyalətininin "Şexul-Qürrası” (Qarilər Şeyxi) idi. O, keçən həftənin şənbə günü 89 yaşında ikən dünyasını dəyişdi.
Ustadın səsini dinləmək və onun tilavəti Quran surələrini endirmək üçün qarşıdakı linkə keçin: OURQURAAN.COM
http://iqna.ir/fa/news/3477100