IQNA

Həzrət Ayətullah Üzma Hüseyn Nuri Həmədani:

Hizbullahı terrorist adlanıdrmaq hiylə və kinədən doğur

23:41 - March 09, 2016
Xəbər sayı: 3480269
Tehran, 09.03.2016 - Ayətullah Üzma Nuri Həmədani "Fiqh Elmi"nin mühazirələri zamanı dedi: Hizbullahı terrorist adlandırmaq kinli düşmənin hiyləsidir. Terrorist o kəslərdirlər ki, İŞİD kimi qaniçən ünsürləri yetişdirirlər.










İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Qum şəhəri şöbəsinin verdiyi xəbərə görə, şiələrin təqlid mərcəsi həzrət Ayətullah Üzma Hüseyn Nuri Həmədani bu gün, çaharşənbə, 09.04.2016-cı il tarixində, Qum Dini Elmi Hövzəsi dərslərinin keçirildiyi "Ə`zəm məscidi"ndə "Fiqh Elmi"nin mətndən xaric mühazirələri zamanı dedi: Seyid Həsən Nəsrullahın başşılıq etdiyi Livan Müqavimət Hərəkatını (Hibullah) terrorist adlandırmaq kinli düşmənin hiyləsidir. Terrorist o kəslərdirlər ki, İŞİD kimi qaniçən ünsürləri yetişdirirlər.

Nuri Həmədani dedi: Hizbullaha terrorist deyən dövlətlər özləri terrorist yetişdirirlər, İŞİD və təkfirçi terrorist qruplaşmalar onların əli ilə yaradılıb və indi də deyirlər məzlumların müdafiəçisi olan Hizbullah terroristdir!

O vurğuladı: Hizbullah İslam, müsəlmanlar və müqavimətin arxa dayağıdır. Sionistlərin qarşısında qüdrətlə durmuşdur. Buna görə də Qum Elmi Hövzəsi olaraq ərəblərin bu addınını məhkum edirik.

Ayətullah Üzma Hüseyn Nuri Həmədani dərsinin davamında "əmr be məruf və nəhy əz münkər" məsələsinin əhəmmiyyətinə də işarə edərək dedi: Yaxşlığa dəvət və pislikdən çəkindirmək çox mühüm və əhəmiyyətli bir mövzudur və heç vaxt unudulmamalıdır. Çünki əgər "münkər" (pis işlər) yayılarsa, "məruf"un (yaxşılığın) yerini tutacaqdır. Bununla da fərd və cameə üçün müxtəlif problemlər yaranacaqdır. Buna görə bu məsələ həmişə canlı saxlanılmalıdır ki, yaxşı işlər və yaxşılığa dəvət uzadılmasın.

Ayətullah Həmədani bu günlərin mövzusu olan Həzrət Zəhranın (s) şəhadətinə işarə edərək dedi: Həzrət Zəhranın (s) əzadarlıq məclislərində O həzrətin "vilayət"in müdafiəsində dediyi çox zəngin mövzuları əhatə edən "Fədək Xütbəsi" insanlar üçün təfsir olunmalı və tarixin həqiqətləri deyilməlidir.

O əlavə etdi: Bu günlərdə əməl və sözümə diqqət etməliyik ki, müsəlmanların birliyinə xələl gəlməsin. Bu gün əsas vəzifələrimizdən biri və əsası da Vəhdəti qorumaq və yaşatmaqdır.

http://iqna.ir/fa/news/3482195


Teqlər: nuri həmədani ، hizbullah ، iqna
captcha