İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İraqın "NUN" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, dünən, 10 mart 2016-cı il, İmam Hüseynin (ə) müqəddəs ziyarətgahında O həzrətin (ə) vəfalı silahdaşı, Kərbəla şəhidi Həbib ibn Məzahirin mübarək NUR surəsinin ayələri ilə bəzədilmiş yeni zərihinin açılış mərasimi keçirildi.
Kərbəla şəhidi Həbib ibn Məzahir Əl-Əsədinin mübarək zərihinin açılış mərasimində şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin Kərbəladakı nümayəndəsi Şeyx Əbdül-Məhdi əl-Kərbəlayi, İmam Hüseyn (ə) ziyarətgahının idarə heyətinin rəisi Seyid Cəfər Musəvi və Kərbəla şəhərinin siyasi, ictimai və dini şəxsiyyətləri iştirak ediblər.
Həbib ibn Məzahir Əl-Əsədinin mübarək zərihi mübarək NUR surəsinin ayələri və Məsumlardan (ə) hədislər ilə zinət edilmişdir. Zərih İslam memarlığı üslubu ilə 3 il müddətində düzəldilmişdir.
Qeyd edək ki, öncəki zərih (qəbir örtüyü) 70 il öncənin idi və yeni ilə əvəz olundu. Yeni zərihdə 3 kq. Qızıl, 822 kq. Gümüş, 500 kq. Mis, 380 kq. polad və 15 kubmetr "sac" ağacı istifadə edilmişdir.
Yeni zərihin tikilməsi üçün lazım olan vəsait İran xalqı tərəfindən edilən köməklər və Kövsər müəssisəsinin dəstəyi ilə alınmışdır.
http://iqna.ir/fa/news/3482508