IQNA

Həsən Kamil Yılmaz:

Quran hifzini başlamaq üçün 4 yaş ən ideal zamandır

10:11 - April 06, 2016
Xəbər sayı: 3480308
Tehran, 06.04.2016 – Türkiyə Dini İşlər İdarəsinin rəis müavini Həsən Kamil Yılmaz uşaqlar üçün Quranı hifz etməyə 4 yaşın ən münasib və ideal zaman olduğunu bildirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "yenisafak.com" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Türkiyə cümhuriyyəti Dini İşlər İdarəsinin (Diyanət Bakanlığı) rəis müavini Həsən Kamil Yılmaz uşaqların Quran-Kərimi əzbərləməyə və hifz etməyə başlaması üçün 4 yaşın ən münasib və ideal zaman olduğunu bildirib.

Həsən Kamil Yılmaz bu barədə dedi: Türkiyədə uşaqlara Quran-Kərimin hansı zamandan təlimi barədə yaş problemlərini həll etdikdən sonra Quran hafizlərin gözəçarpacaq dərəcədə çoxalmasının şahidi olmuşuq. Və bu qərara gəlmişik ki, uşaqların Quranı hifz etməyə başlaması üçün ən yaxşı vaxt və ideal zaman dörd yaşlarında olduqları vaxtdır.

Türkiyənin "Saqarya" əyalətinin "Kucalı" şəhərində Quran hafizləri ilə bağlı xüsusi proqramda iştirak edən Həsən Kamal Yılmaz dedi: Hazırda Türkiyədə 121 min 294 nəfər Quran-Kərim hafizi vardır və onların hamısına Quran Hafizi sertifkatı verilmişdir və onların Türkiyənin Diyanət İşləri Bakanlığının müxtəlif bölmələrində fəaliyyət göstərirlər.

http://iqna.ir/fa/news/3485740


Teqlər: quran hifzi ، türkiyə ، 4 yaş ، iqna
captcha