IQNA

Frankfort evsahibliyi edəcək;

Həzrət Zəhra (s) adına 3-cü beynəlxalq konfrans

11:01 - April 06, 2016
Xəbər sayı: 3480309
Tehran, 06.04.2016 – Aprel ayının onunda Almaniyanın Frankfort şəhərində Həzrət Zəhra (s) adına 3-cü beynəlxalq konfrans keçiriləcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Berlindəki Mədəniyyət İşləri İdarəsinin informasiya şöbəsinə istinadla verdiyi xəbərə görə, cari ilin Aprel ayının onunda Almaniyanın Frankfort şəhərində tanınmış mütəfəkkir və alimlərin iştirakı ilə Həzrət Zəhra (s) adına 3-cü beynəlxalq konfrans keçiriləcəkdir.

Bu konfransda İran İslam Respublikasının Berlindəki Mədəniyyət İşləri İdarəsinin rəisi Seyid Əli Mucani də çıxış edəcəkdir.

İran İslam Respublikasının Berlindəki Mədəniyyət İşləri İdarəsinin rəsmi informasiya və xəbər portalı bu barədə məlumat vermişdir. Məlumatda deyilir: Berlinin "Friedrich Ebert Fondu" Aprel ayının 6 və 7-də İslam dünyası və Avropanın üzləşdiyi porblemləri nəzərə alaraq Almaniyanın tanımış müsəlman və qeyri-müsəlman alimlərinin iştirakı ilə "Müsəlmanların son böhranlarla bağlı həmfikirliyi" adlı seminar keçirəcəkdir. Seminarda İslam dünyası, Avorpa, miqrantlar, İŞİD, Orta Şərqdə təhlükəsizlik, İslamofobiya və digər məsələlər müzakirə ediləcəkdir.

http://iqna.ir/fa/news/3485623


captcha