Hər halda burada əsas məsələ "Leylətur Rəğaib” gecəsi və əməllərinin fəzilətləridir.
"Rəğaib” istəklər və arzular deməkdir. Bu gecəyə iki məna verilir:
1- İnsanların bu gecədə ibadətə, Allahla danışmağa rəğbəti və istəyi çox olur.
2- Allahın əfv və bağışlama istəyi çoxalır.
Peyğəmbərdən (s) bu gecə üçün bəzi əməllər qeyd olunub:
1. Cümə axşamı günü oruc tutmaq.
2. Məğrib və işa namazlarının arasında 12 rükət namaz qılmaq. Hər biri 2 rükət qılınan bu namazların hər rükətində həmddən sonra 3 "Qədr", 12 "Tovhid" surəsi oxunur.
Namazdan sonra 70 dəfə "Allahummə səlli əla Muhəmmədin nəbiyyil ummiyy və alih” zikri deyilir.
Sonra səcdədə 70 dəfə "Subbuhun quddus Rəbbul mələikəti vərruh” deyilir.
Səcdədən qalxdıqdan sonra 70 dəfə "Rəbbiğfir vərhəm və təcavəz əmmə tələm innəkə əntəl əliyyul əzim” deyilir.
Yenidən səcdəyə gedib 70 dəfə "Subbuhun quddus Rəbbul mələikəti vərruh” deyilir.
Bundan sonra ehtiyaclar dilə gətirilir və hacət istənilir.
Peyğəmbər (s) buyurur: "Hər kim bu namazı qılsa, günahları qum dənələri ağac yarpaqları qədər olsa belə Allahondan keçər. Allah bu namazın savabını qəbr gecəsində ən gözəl şəkildə onun qarşısına çıxardar. İnsan ona deyər: "Sən kimsən? Allaha and olsun ki, mən səndən gözəl üz görməmişəm və səndən gözəl söz eşidməmişəm və səndən gözə iy qoxumamışam". O cavab verər: "Mən sənin həmin namazının savabıyam. Bu gecə sənin yanına gəlmişəm ki, sənin haqqını əda edim, səni tək qoymayım və səndən vəhşəti uzaqlaşdırım. Sur çalındıqda mən sənin başında kölgə olacam.” /islamınsesi/