IQNA

Ayətullah Üzma Cavadi Amuli:

İnsanlar və cinlər ibadət baxımından oxşardırlar

22:17 - April 22, 2016
Xəbər sayı: 3480356
Tehran, 22.04.2016 – Ayətullah Üzma Cavadi Amuli təfsir dərsində bəyan edib ki, cinlərin də insanlar kimi müsəlman, kafir, fasiq və münafiqləri vardır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ayətullah Üzma Cavadi Amuli təfsir dərsində bəyan edib ki, cinlərin də insanlar kimi müsəlman, kafir, fasiq və münafiqləri vardır. Hətta bizim təbliğ proqramlarımız olduğu kimi onların də təbliğ proqramları vardır, necə ki, Allah-Taala Quran-Kərim də buyurur "mən cinləri və insanları mənə ibadət etmək üçün yaratdım".

Buna görə də insanlar Mədinədə Peyğəmərin (s) mənbərində onu dinlədikləri kimi cinlər də orada hazır olur, qulaq asır və Peyğəmbərin (s) sözünü öz tayfalarına çatdırırdılar.

Ayətullah Cavadi dərsinin davamında dedi: "Allah-Taala mübarək Əraf surəsinin 204 ayəsində buyurur ki, "وَإِذَا قُرِئَ الْقُرْآن فَاسْتَمِعُواْ لَهُ وَأَنصِتُواْ لَعَلَّكُمْ تُرْحَمُونَ – Quran tilavət edildiyi zaman eşidin və sakit olun, şayəd ki, sizə rəhm olunsun", bu ayənin mənası təkcə bu deyil ki, Quran oxunan zaman sakit dayanmalı və qulaq asmalısan, bəli bu da var, amma əsl mənası budur ki, Quran ayəsini eşitdiyiniz zaman dinləyin və əməl edin, Quranın qarşısında söz deməyin. Bir varlıq ki, özünün kemiş və gələcəyindən xəbəri yoxdur, hansı ixtiyarla istəyir ki, Onu yaradanın sözünün qarşısında söz desin və rəy bildirsin".

http://iqna.ir/fa/news/3490763


captcha