İQNA-nın (Beynəlxalq Quran Xəbər
Agentliyi) "Press Tv" peyk kanalının xəbər və informasiya portalına
istinadla verdiyi xəbərə görə, bu kanalın xüsusi müxbiri hadisə yerindən yayımladığı
reportajda bildirib ki, Suriyanın paytaxtı Dəməşqin Zeynəbiyyə məntəqəsinin
Diyabiyyə girişində baş verən terror partlayışı hadisəsində onlarla sivil vətəndaş
şəhid edildi və yaralandı.
Əl-Aləm peyk Tv kanalının xüsusi müxbiri hadisə yerindən yayımladığı reportajda Diyabiyyədə hadisə baş verən zamandan indiyədək ən azı 8 nəfərin şəhid edildiyi və 80-dan çox insanın yaralandığı bildirilir.
Suriya dövlət heyətinin rəisi Cenevrə müzakirələrində dedi: Bu terror partlayışı hadisəsi zamanı bir xəstəxana da həfə alınmışdı ki, həmin xəstəxanada Fuə və Kəfərya rayonlarında yaralananlar müalicə edilirdi.
http://iqna.ir/fa/news/3491925