IQNA

İspaniya məktəblərində İslami dərslər tədris olunacaq

0:02 - April 27, 2016
Xəbər sayı: 3480378
Tehran, 27.04.2016 - Gələn miladi ilindən başlayaraq İspaniyanın dövlət təhsil ocaqlarında və orta məktəblərində İslam dini araşdırmaları tədris edilən əsas fənlərdən biri olacaqdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, gələn miladı ilindən başlayaraq İspaniyanın dövlət təhsil ocaqlarında və orta məktəblərində İslam dini araşdırmaları tədris edilən əsas fənlərdən biri olacaqdır.

İspan dövlətinin bu işdən hədəfi budur ki, xalq İslam dinini yaxından tanısın, şagirdlərin dini məlumatları yüksəlsin və həmçinin İspaniya müsəlmanları arasında dini kimlik gücləndirilsin.

Yeni qanun İspaniya ana yasasının elm və təhsil ilə bağlı 27.3 – 1978-ci il saylı qanununa əsasən qərara alınmışdır. Bu qanuna əsasən dövlət vətəndaşlara zəmanət verir ki, onların uşaqlarının dini hüquqları öz etiqadlarına əsasən qorunacaqdır.

Yeni qanuna əsasən İslam dini orta məktəb təhsilinin bütün mərhələlərində tədris ediləcəkdir. Belə ki, 3-6 yaşlı şagirdlərə Allahdan başqa Allah yoxdur, Məhəmməd (s) onun elçisi və peyğəmbəridir kimi məsələlər tədirs və sonrakı mərhələlərdə isə asandan çətinə doğru İslami məsələlər, Quran və sünnə uşaqlara təlim veriləcəkdir.

http://iqna.ir/fa/news/3492243


captcha