IQNA

Marsel şəhərində yerləşən sinaqoqu məscid edəcəklər

11:47 - April 28, 2016
Xəbər sayı: 3480384
Tehran, 28.04.2016 - Fransanın Marsel şəhərindəki müsəlman cəmiyyəti sinaqoqu 400 min avroya alıb, məscid edəcək.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,Marsel şəhərinin əhalisi 850 min nəfərdir və onun 250 mini müsəlmanlardır. Şəhərin yəhudi əhalisi isə 80 min nəfərdir.

2015-ci il üçün Fransada 2500 məscid fəaliyyət göstərib, daha 300 məsciddə tikilməkdədir, lakin bu qədər məscid Fransada yaşayan 5 milyon müsəlman üçün kifayət etmir.

captcha