İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "dünya əl-vətən" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Fələstinin dini işlər və vəqflər nazirliyi Qəzzə sahillərində yaşayan 107 nəfər Quran hafisəzi olan xanımın işini dəyərləndirərək bunun üçün təşkil edilmiş mərasim çərçivəsində mükafatlandırdı.
Bu mərasim Fələstinin Dini İşlər və Vəqflər Nazirliyinin nəzdində fəaliyyət göstərən "Xanımların İctimai Fəaliyyətləri Baş İdarəsi"nin təşəbbüsü ilə Qəzzənin "Furyu" toplantı salonunda keçirildi.
Quran-Kərimi kamil şəkildə hifz etməyə müvəffəq olan bu 107 xanım Quran-Kərimi Qəzzənin "Məşailil-Quran" (Quran məşəlləri) qərargahında hifz ediblər.
Fələstinin Dini İşlər və Vəqflər Nazirliyinin idarə işləri üzrə məsulu Vəlid Üvəyzə, "Xanımların İctimai Fəaliyyətləri Baş İdarəsi"nin rəisi Kəfah Ər-Rümla və Quran hafizələri olan xanımlar bu mərasimdə iştirak ediblər.
Vəlid Üvəyzə, Vəlid Üvəyzə - Fələstinin Dini İşlər və Vəqflər Nazirliyinin idarə işləri üzrə məsulu, öz çıxışında dedi: Quran əhli İslam ümmətini qüvvətləndirən əsas amillərdirlər və Quran öyrənən bir nəsil edə bilər ki, Qüdsün darvazalarına çatsın və Əqsa məscidni azad etsin.
O əlavə etdi: Buna görə də bizim nazirlik Quranla bağlı bütün fəaliyyətləri, o cümlədən Quranın hifzi, təcvid qaydalarının öyrədilməsi və təfsiri dərslərini himayə edir.
"Xanımların İctimai Fəaliyyətləri Baş İdarəsi"nin rəisi Kəfah Ər-Rümla öz çıxışında dedi: Quran öyrənən nəsil həmin kəslərdir ki, möhkəm iman və əqidəyə söykənərək Fələstini işğaldan azad edəcəklər.
Məarsimin sonunda Quran hafizələri olan xanımlara qiymətli hədiyyələr, mərasimin simvolu və təşəkkürnamələr verdildi.
http://iqna.ir/fa/news/3493060