
IQNA-nın (Beynəlq
Quran Xəbər Agentliyi) Eastnews.org-a verdiyi xəbərə görə, İraq ordusu
komandanı Əli İbrahim Ənbarın mərkəzi Ramadinin qərbində yer alan Hadisədən
Bağdadi bölgəsini keçərək Hitə qədər uzanan ərazidə İŞİD blokadasının
yarıldığını və ərazilərdə nəzarətin bərpa olunduğunu açıqlayıb.
Ənbar əməliyyatları komandanı general-mayor
İsmayıl əl-Mihlavi İraq ordusuna məxsus təyyarələrin Ənbarda İŞİD hədəflərinə
qarşı hava hücumları təşkil etdiyini bildirib.
Ramadinin şimalındakı Əlbu Əssaf bölgəsində İŞİD-ə aid qərargahın hədəfə aldığını və 15 terrorçunun öldürüldüyünü bildirən Mihlavi, Fəllucanın qərbindəki Fəllahatda da təşkilata aid silah anbarlarının vurulduğunu, hücumda 14 terrorçunun öldürüldüyünü, 10-unun da yaralandığını deyib. İŞİD sözügedən əraziləri 2014-ci ildə nəzarət altına almışdı.