IQNA

Amerikanın "St. Joseph" universiteti evsahibliyi edir:

İslam və Məsihiyyət dinləri arasında əlaqələr seminarı

10:35 - May 14, 2016
Xəbər sayı: 3480449
Tehran, 14.05.2016 – Bu gün bir günlük "İslam və Məsihiyyət dinləri arasında əlaqələr" seminarı Amerikanın "Saint Joseph" universitetinin katolik kilisəsində keçiriləcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Buaffalo News" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, bu gün, şənbə günü, 14 may 2016-cı il tarixində, bir günlük "İslam və Məsihiyyət dinləri arasında əlaqələr" seminarı Amerikanın "Saint Joseph" universitetinin katolik kilisəsində keçiriləcəkdir.

Şahnaz Bat – Amerikanın Müsəlman Qadınlar Birliyinin keçmiş rəisi, bu barədə dedi: İnsanların çoxu bilmirlər ki, Həzrət İsa peyğəmbərin (ə) müqəddəs anası Həzrət Məryəmin (s) barəsində Quran-Kərimdə də danışılır və onun adına bir surə də vardır.

Amerikanın Müsəlman Qadınlar Birliyinin keçmiş rəisi əlavə etdi: Əgər insanlar bilsələr ki, İslam dini və Quran-Kərim onların sevdikləri Həzrət Məryəm və onun oğlu Həzrət İsa peyğəmbərin (s) barəsində necə gözəl danışır və necə bir məqam və mənzilət qaildir, təbii ki, onların təsəvvürü İslama və müsəlmanlara qarşı gözəlləşəcək və biləcəklər ki, ümumi zehnlərdə İslam barədə yaranmış təsəvvürlər səhv imiş və İslam dinin başqa dinlərlə heç bir düşmənçilyi yoxdur.

Amerikanın Nyu-York əyalətinin Baflo şəhərində keçirilən bu seminarda İslam və Məsihiyyət dininin rəhbərləri iki dinin müştərək dəyər və inancları barədə müzakirə edəcəklər.

http://iqna.ir/fa/news/3497319


Teqlər: iqna ، İslam ، məsihiyyət ، islamofobiya
captcha