İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Əl-Aləm peyk tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, bir müddət öncə Belçikada "III İslam Mədəniyyəti Sərgisi" keçirildi. Bu sərgi keçirilən zaman Belçikanın radikalların üzv olduğu sağçı Flamis Bilang partiyasının 40 üzvü bu sərgiyə etiraz aksiyası keçiriblər.
İslamofobçuların müsəlmanlar əleyhinə keçirdiyi bu aksiyada maraqlı hadisə bu olub ki, aksiyada Belçika sakini olan Zəkiyyə Bəlxiri adlı müsəlman qız da iştirak edib. Əlbəttə o bu aksiyada hicab və ya İslam dini əleyhinə etiraz etmək üçün olmayıb. Bəlkə hədəfi müsəlmanlar əleyhinə aksiya keçirənlərə ilə selfi çəkdirib onlara biz geri çəkilməyəcəyik mesajı vermək olub.
Belçika sakini olan hicablı müsəlman qız Zəkiyyə Bəlxiri İslamofobçuların müsəlmanlar əleyhinə keçirdiyi bu aksiyada onların müsəlmanlar əleyhinə yazdığı plakartlar ilə selfi çəkib və onlara mesaj verib ki, o, bütün bu etirazlara baxmayaraq öz hicabı və öz dininə sadiq qalacaqdır.
Belçika polisi isə müsəlmanlar əleyhinə aksiya keçirənlərə selfi çəkən qızı həbs edib.
Zəkiyyə Bəlxirinin selfi çəkdiyi anlar Yurgin Agustins adlı həvəskar fotoqraf tərəfindən çəkilərək sürətlə sosial şəbəkələrdə yayımlanıb.
Qeyd edək ki, Belçika keçən aylarda baş verən terror hadisələrinə görə Avropanın iğtişaşlı ölkələrindən birinə çevirilib.
http://iqna.ir/fa/news/3499643