IQNA

Nusra cəbhəsinin müftisindən ələvilərə qarşı fətva

10:09 - June 06, 2016
Xəbər sayı: 3480526
Tehran, 06.06.2016 – "Əl Qaidə" terror şəbəkəsinin Suriya qolu "Nusra cəbhəsi” terror təşkilatının müftisi, ələvilərə qarşı yeni fətvası ilə gündəmə gəlib.
Nusra cəbhəsinin müftisindən ələvilərə qarşı fətva

IQNA - Suriyada olan ələvilərlə savaşın vacibliyinə toxunan Sami əl-Uraydi deyib: "İmam Qəzzali deyib ki, ələvilərlə mürtədlər kimi davranılmalıdır. Beləliklə onları yer üzündən silmək vacibdir. İbni Teymiyyə də bu məsələyə toxunaraq, onların yəhudi, xristian və hətta müşriklərdən daha kafir olduğunu dilə gətirib.

Beləliklə onların Peyğəmbər (s) ümmətinə olan ziyanları, kafirlərdən daha artıqdır. Bir mövqedən başqasına keçmək asan iş deyildir. Bu fitnə, qətl və savaşla mümkündür. Bununla qəlblər imtahan olunur və haqq əhli aşkara çıxır.”

Qeyd edək ki,Sami əl-Əridi ələvilərə qarşı hücum zamanı qadın və uşaqların qətlə yetirilməməsini xatırlatmayıb.

İslamazeri

captcha