
IQNA - Bəhreyn İnzibati Məhkəməsi dünən
Əl-Vefaq Cəmiyyətinin ləğv, fəaliyyətinin qadağan olunmasına və ofislərinin
bağlanmasına dair qərar çıxardıb.
Əl-Vefaq Cəmiyyətinin ləğvi ilə bağlı qərar Ədliyyə nazirinin müraciətindən 2 saat sonra baxılıb və qərar çıxardılıb.
Bəhreynin Əl-Vefaq Cəmiyyəti Bəhreynin ən böyük müxalifətçi Şiə cəmiyyətidir. Əl-Vefaq Cəmiyyəti 2002-ci ildən etibarən xalq kütləsinin istəyi və maddi dəstəyi ilə yaradılmış və elə həmin zamandan da rəsmi fəaliyyətinə başlamışdır. Bəhreyn rejimi Əl-Vefaq cəmiyyətinin baş katibi Şeyx Əli Salmanı həbs edib. O, əvvəl 4 il müddətinə azadlıqdan məhrum edilsədə sonradan onun həbs müddəti daha 5 il uzaldılılıb.