IQNA - İrana səfəri çərçivəsində müqəddəs
Qum şəhərini ziyarət edən İraq Ali İslam Məclisinin sədriSeyid Əmmar Həkim,
ölkənin təqlid mərcələri ilə görüşüb.
"Nəcəf elmi hövzəsinin son durumu və Ərbəin mərasimi, təqlid mərcələri ilə danışdığımız əsas mövzular oldu. Hər il 10 milyona yaxın insan, Ərbəin mərasiminə görə İraqa səfər edir və ümüd edərik ki, bu say zamanla artacaqdır.", -deyə Əmmar Həkim bildirib.
Ölkədə terrorla mübarizənin davam etməsini də diqqətə çatdıran Əmmar Həkim deyib: "Fəllucənin təmizlənməsi, İraq qüvvələri üçün böyük bir zəfərdir və terrorla mübarizədə yeni mərhələyə qədəm qoymaqdır. Yaxın gələcəkdə Mosulun da tam azad olunması üçün irimiqyaslı əməliyyatlar həyata keçiriləcək. Bu şəhərin təmizlənməsi, İŞİD-in ölkədən tamamilə məhvinə səbəb olacaq hadisədir. İraq təhlükəsizlik qüvvələrinin və xalqın problemləri bizi narahat edir. Lakin buna baxmayaraq biz, terrorla mübarizəyə davam edirik.”
Sonda İranla həmkarlıqlarının daha da sıx olması təklifini edən Həkim "İki ölkə xalqının bir-birinə möhkəm bağlılığı var və İraqın təhlükəsizlik probleminin həlli İran İslam Respublikasının rəhbərinin də gözləntilərindəndir.”, -deyə əlavə edib.
Qeyd edək ki, Əmmar Həkim, Ayətullah Nuri Həmədani, Ayətullah Cəfər Subhani, Ayətullah Ələvi Burucerdi, Ayətullah Musavi Ərdəbili və Ayətullah Sistaninin Qum şəhərində olan nümayəndəsi höccətül-islam Şəhristani ilə görüşüb. (maide.az)