
IQNA - Beytul-maldan qeyri-qanuni olaraq
pul əldə etmək mövzusuna toxunan imam cümə deyib: "Rəhbərimiz bu məsələnin
yanlışlığına işarə etdi. Bəziləri qəddarcasına bu işə yol veriblər. Bu müsibət
və bəladır. Bu məsələnin qarşısı dərhal alınmalıdır. Maaşlar, insanların zəhməti
və məsuliyyəti müqabilində verilməlidir. Artıq əldə olunan maaşları geri
qaytarılmalıdır.”
İmam cümə sözlərinin davamında, dünyada gedən proseslərə işarə edərək bunları söyləyib: "Elə bir zəmanədə yaşayırıq ki, gözəl işlər mənfi, mənfi işlər isə gözəlləşib.
Fələstin xalqına zülm edirlər, müsəlmanları evlərindən didərgin salırlar və mübariz insanları terrorçu adlandırırlar. Öz taleyini müəyyən etmək istəyən Yəmən xalqına da zülm edirlər. Böyükdən kiçiyə qədər hamını öldürən Ali-Səud rejimi, düzgün yolda olduğunu iddia edir. Təkfirçilər və vəhhabilər, Ali-Səudun pulu və dəstəyi ilə Suriya və İraqda müxtəlif cinayətlərə əl atırlar.
İranın bu durumda sözü budur: Suriyanın taleyini xalq təyin etməlidir. Lakin ABŞ İranı bu sözlərinə görə, insan haqlarını pozmaqda ittiham edir. Dünyanı zülm və fəsad bürüdüyü bir şəraitdə, cəmiyyət xilaskara olan ehtiyacını anlamalıdır. Təqvalı olmasaq, həqəqiqi gözləyənlərdən deyilik.” (İslamazeri).