IQNA

Nigeriyada məktəblərdə hicab qadağası ləğv edildi

8:58 - July 24, 2016
Xəbər sayı: 3480631
Tehran, 24.07.2016 – Nigerianın Laqos şəhərində Apellyasiya Məhkəməsi məktəblərdə şagirdlərə tətbiq olunan hicab qadağasını ləğv edib

Nigeriyada məktəblərdə hicab qadağası ləğv edildi


IQNA - Nigeriyanın Apellyasiya Məhkəməsi 2 müsəlman xanımın şikayəti əsasında 3 il bundan öncə məktəblərdə hicabın qadağa olmasına dair qanunu ləğv edib.

Məhkəmə cümə axşamı günü qərar qəbul edib ki, dövlət tərəfindən hicabın qadağası ilə bağlı qəbul olunmuş qərar, şagirdlərin hüquqlarının pozulması və ayrıseçkilikdir.

Bu baxımdan müsəlman xanımların bundan sonra məktəbdə hicabla iştirak etməsində heç bir maneə yoxdur.

eyd edək ki, Nigeriyada məktəblərdə şagirdlərə hicabın qadağa olunması 2014-cü ildə hökümət tərəfindən qəbul olunmuşdur.

Bu qərarla bağlı hələlik hökumət məhkəmənin bu qərarına münasibət bildirməyib.(maide.az).

captcha