IQNA - İŞİD
terrorçuları nəzarət etdikləri Mosul şəhərindən (İraq, Neynəva əyaləti)
kompyuter və sənədləri çıxarmağa başlayıblar.
Mənbənin məlumatına əsasən, terrorçular Mosuldan Suriyanın Rəqqa şəhərinə kompyuterlər və yaraqlılarla qruplaşmanın terror aktları törətmək üzrə planları olan qovluqlar aparılıb. Qruplaşma İraq və beynəlxalq koalisiyanın aviasiyası tərəfindən məşhur komandirlərinin məhv edilməsindən sonra, Mosulda bəzi öz qərargahlarının yerlərini də dəyişib. (İslamazeri).