IQNA

Səudiyyə Ərəbistanın təcavüzü Yəmənə 14 milyard dollar ziyan vurub

11:27 - August 18, 2016
Xəbər sayı: 3480707
Tehran, 18.08.2016 – Səudiyyə Ərəbistanın Yəmənə 16 aylıq təcavüzünün ilk 7 ayında bu ölkəyə 14 milyard dollardan çox ziyan dəyib.

Səudiyyə Ərəbistanın təcavüzü Yəmənə 14 milyard dollar ziyan vurub


İQNA - Yəmənin infrastrukturuna dəymiş ziyan o qədər çoxdur ki, bu ölkə yenidən qurulması üçün çox zəhmət çəkməlidir.

Məlumatda bildirilir ki, Yəmən əhalisinin yarısından çoxu hazırda bu müharibəyə görə aclıqla üzbəüzdür.

Agentlik bildirir ki, bu hesabat Dünya Bankı, BMT, İslami İnkişaf Bankı və Aİ-nin birgə hazırladığı hesabatın ilkin versiyasıdır. "Müharibə indiyədək Yəmənin infrastrukturuna bir başa 7 milyard dollar, iqtisadi ziyanlar isə 7,3 milyard dollardır.”

Agentlik bildirir ki, Yəməndə müharibə davam etdiyi üçün bu rəqəm getdikcə böyüyür. Hesabat 2015-ci ilini sonu və 2016-cı ilin əvvəlinə kimi hesablanıb.

Səudiyyə Ərəbistan rejiminin başçılıq etdiyi koalisiya Yəməndə qadağan olunmuş silahlardan istifadə edir, məktəbləri, xəstəxanaları, məscidləri bombalayır.

Maide.az

captcha