IQNA

Nigeriyada "Dinlərarası Sülh Mərkəzi" təsis edildi

9:51 - August 27, 2016
Xəbər sayı: 3480734
Tehran, 27.08.2016 - Nigeriyanın məsihi və müsəlmanlardan olan dini rəhbərləri Kaduna əyalətindən bir araya gələrək tarixdə ilk dəfə bu ölkədə "Dinlərarası Sülh Mərkəzi" yaratdılar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "christian daily" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Nigeriyanın məsihi və müsəlmanlardan olan dini rəhbərləri Kaduna əyalətindən bir araya gələrək tarixdə ilk dəfə bu ölkədə "Dinlərarası Sülh və Birlik Mərkəzi" yaratdılar.

Kadunada açılan "Dinlərarası Sülh və Birlik Mərkəzi" Nigeriyada müxtəlif dinlərin ardıcılları arasında dostluq və əlaqələrin genişləndirilməsi üçün yaradılmış ilk və tək mərkəzdir ki, əsas hədəfi bu ölkədə dinlərarası rabitələrin sənədləşdirilməsi və araşdırılmasıdır ki, bu da bu barədə aparılacaq siyasətlərin hədəfli və təsirli olmasına kömək edəcəkdir.

Ulav Fiksi – Kilsələrin Beynəlxalq Şurasının Baş Katibi, yaydığı bəyaniyyədə keçən illər ərzindən Kadunada baş verən dini çəkişmələrə işarə edərək dedi: "Dinlərarası Sülh və Birlik Mərkəzi" müqəddəs bir məkana çeviriləcək və Kaduna bütün dinlərin ardıcılları üçün sülh və dostluq şəhəri olacaqdır.

Qeyd edək ki, keçən otuz il ərzində Nigeriyada 20 mindən çox insan dini zəmində yaranmış ixtilaf və çəkişmələr nəticəsində həyatını itirmişdir.

http://iqna.ir/fa/news/3525462


captcha