IQNA

BMT Fransada müsəlman çimərlik geyimlərinə qoyulan qadağaların ləğvini alqışlayır

12:25 - August 27, 2016
Xəbər sayı: 3480735
Tehran, 27.08.2016 - BMT ölkədə müsəlman çimərlik geyimlərinə qoyulan qadağalarının ləğv edilməsinə dair Fransa Ali Məhkəməsinin qərarını alqışlayır.

BMT Fransada müsəlman çimərlik geyimlərinə qoyulan qadağaların ləğvini alqışlayır


İQNA-nın
verdiyi xəbərə görə, Bu barədə keçirdiyi mətbuat konfransında BMT baş katibinin nümayəndəsi Stefan Dyujjarik bildirib. Xatırladaq ki, cümə günü Fransanın yüksək inzibati ədliyyə instansiyası Nitsa vilayətinin Vilbev-Lube kurort mərkəzinin müsəlman geyimlərinə qadağasını qüvvədən salan hökm çıxarıb.

Ali Məhkəmənin bu qərarı oxşar 30-a yaxın şəhərdə qadağanı təsdiqləyən məhkəmə qərarlarına da şamil ediləcək. "Biz məhkəmənin qərarını alqışlayırıq. İnsan ləyaqətinə hörmətlə yanaşmaq lazımdır" - deyə Dyujjarik jurnalistlərə açıqlamasında bildirib.

Mənbə: eastnews

Teqlər: bmt ، fran ، müsəlman ، çimərlik geyim ، qadağa ، ləğv ، iqna ، İkna ، quran
captcha