İQNA - Etirazçılar Şeyx Zəkzakinin 9 aydır qanunsuz olaraq həbsdə saxlanılmasını pisləyiblər. Onun azadlığa buraxılması tələbi ilə şüarlar səsləndiriblər.
Nigeriya İslami Hərəkatının üzvlərindən olan Məhəmməd İbrahim Gamava deyib ki, biz Zəkzakinin heç bir qeyd və şərtsiz azadlığa buraxılmasını tələb edirik. Həmçinin dəymiş maddi və mənəvi ziyana görə təzminat tələb edirik.
Xatırladaq ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zarya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı Şeyx Zəkzaki yaralanıb və həbs olunub. Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının öldürüldüyünü elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub.
Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır.
Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları dəfələrlə etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər.
maide.az