İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "The Mary Sue" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Fransalı bir kinorejissor və illüstrator qısa və faydalı bir fotosujetdə müsəlmanların təqib və əziyyət edildiyinə şahid olduqda onlara kömək etmək istəyən insanlara münasib yolları göstərmişdir.
Bu "fotoobələcdçi"də mərhələlər ilə göstərirlir ki, islamofobiyadan əziyyət çəkən müsəlmanlara nə kimi köməklər göstərmək və Fransa cəmiyyətində müsəlmanlara qarşı kin və nifrəti necə azaltmaq olar.
Fransalı bu kinorejissor və illüstrator deyir: Bu "fotobələdçi" zülm və əziyyətə məruz qalmış bütün insanlara kömək etmək hədəfi ilə hazırlanmışdır. Amma bu fotobələdçini hazırlamaqda mənim əsas hədəfim müsəlmanlara qarşı həyata keçirilən islamofobiya ilə mübarizədir, çünki son zamanlarda çox geniş və gözəçarpan dərəcədə əziyyətlərə məruz qalırlar.
O deyir: Mən bu fotobələdçini hazırladım ki, müsəlmanların zülmə məruz qaldığını görən insanlar sonra deməsinlər ki, kömək etmək istədim, amma uyğun yolu seçə bilmədim.
Bu fotobələdçidə bir neçə mərhələdə əziyyətə məruz qalan insanlara kömək etməyin yolları aşağıdakı kimi şərh edilir:
1). Hücuma məruz qalmış insanla söhbət etməyə başlayın, ona salam verib, onunla birgə yol getməyə başlayın və ya onun yanında oturun. Çalışın özünüzü sakit, aram və mehriban göstərin. Hücum edən şəxsi görməzlikdən gəlin.
2). Hücuma məruz qalmış insanla bir mövzu (kino, geyim modu, saç düzümü, ...) seçib söhbətə başlayın və məsələn geyimini tərifləyin və haradan aldığını soruşun...
3). Çalışın onu təhlükəsiz bir fəzaya çıxarın, hücuma məruz qalmış insanın gözlərinə baxaraq mesajlarınızı ötürün və hücum edəni görməzdən gəlin ki, o da həmin məkanı tərk etsin.
4). Hücum edən şəxs həmin məkanı tərk edənə qədər hücum edilmiş ilə söhbət edin və onu tək buraxmayın. Sonra isə təhlükəsizliyi təmin edən bir yerə götürün.
Qeyd edək ki, Avropa ölkələri arasında Fransa 5 milyon müsəlman ilə ən böyük müsəlman cəmiyyəti yaşayan ölkədir.
http://iqna.ir/fa/news/3527901