İQNA - Deyerler.org-un
Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Kolumbiya universitetinin
araşdırmaçıları terror qurbanları ilə bağlı araşdırma aparıblar.
Araşdırmaların nəticəsində məlum olub ki, dünyada baş verən terror aktlarının əsas qurbanları müsəlmanlardır.
"Bu məsələyə KİV-lərin baxış bucağından deyil, obyektiv yanaşsaq, dünyada baş verən terror aktlarının əsas qurbanlarının müsəlmanların olduğunu görəcəyik. Qeyri-müsəlmanlar bəzən ümumiyyətlə bu terror aktlarının qurbanlarına çevrilmirlər. 2001-2015-ci illər arasında baş verən terror aktları nəticəsində 167221 nəfər həlak olub. Terror aktlarının 98 faizi ABŞ və Avropadan kənarda törədilib. Bu terror aktlarının əksəriyyəti müsəlmanların yaşadığı ölkələrdə törədilib", - deyə Kolumbiya universitetinin professoru Riçard Bulliyet qeyd edib.
Qeyd edək ki, "İslam terroru" deyimi kökündən səhvdir. Çünki dünyada terrorun qurbanları məhz İslam dininin ardıcılarıdır.