İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı müqəddəs Həcc ayinlərinin icrasında sabotaj və təxribat yaradaraq bu il iranlı və yəmənli hacıların müqəddəs məkanların ziyarətinə getməsinin qarşını almaq (sədd ən səbilillah/ Həcc surəsi, ayə:25) günahına düçar oldu.
Səudiyyə rejimi hicri-şəmsi tarixi ilə 1436-cı ildə (2014) Həcc mərasimlərinin başlandığı ərəfədə bir radio kanalı və bir peyk şəbəkəsi təsis etdi ki, Həcc barədə son xəbərləri və yenilikləri işıqlandırsın.
Ali-Səud rejimi beynəlxalq ictimaiyyətə öz xəbis və mənfur çöhrəsini gizlətmək, özünü yaxşı göstərmək və əks-təbliğat aparmaq hədəfi ilə bu il ikinci dəfədir ki, Həcc ayinlərinin icrasını Fars dilində yayımla işıqlandırır.
Keçən il Ərəbistanın Mədəniyyət və Media Nazirliyi elan etdi ki, bu farsdilli radio və TV kanalını təsis etməkdən məqsəd Həcc mərasiminin son xəbər və yeniliklərini, zairlərin Məkkədə Beytullahul-Həramda fəaliyyətlərini, məşərdə, Mədinədə və digər yerlərdə hərəkətlərini işıqlandırmaq, Həccin ilahi və əbədi mesajını insanlara çatdırmaq və İslamın həqiqi və ülvi dəyərlərini yaymaqdır. Amma əslində isə Səud rejimi bu kanal ilə farscilli xalqların ümumi məfkurəsində nüfuz etmək, iranlı və yəmənli hacıların Həcc mərasiminə getməsinin qarşısını almaları və hacıların Həcc mərasimində Ali-Səud tərəfindən və ləyaqətsiziliyindən öldürülməsini, yəmənlilərin qətliam edilməsini və təkfirçi terroristlərin himayəsi kimi məsələləri və öz digər cinayətlərinin üstünü örtmək isəyir.
Həmçinin Səud rejimi istəyir ki, bu farsdilli radio və tv vasitəsi ilə farsdilli xalqlar arasında öz xəbis çöhrəsini, həqiqi simasını gizlətsin və Həcc mərasimini idarə etməyə layiq olmamasının üstünü örtsün. Onlar müxtəlif dillərdə təsis etdikləri kanallar vasitəsi ilə çalışırlar ki, özlərini hacıların və iki şərəfatəli hərəmin (Məkkə və Mədinə) xidmətçisi (xadimul-hərəmeyn) kimi qələmə versinlər.
Qeyd edək ki, son 14 ildə Səudiyyə Ərəbistanı Həcc mərasimini yerinə yetirməkdə ləyaqətsizlik göstərib. Ərəbistanın idarəçilikdə ləyaqətsiz olması keçən il Həcc müdiriyyəti zamanı 7 min şəhid verən Mina hadisəsi ilə öz qülləsinə çatdı. Həmçinin ləyaqətsiz və şərəfsiz ərəb şahzadələri Həcc mərasimində qazandıqları pulları İraq, Suriya və Yəməndə günahsız insanların qətliam olunması üçün xərcləyirlər.
Bu gün Həcc mərasiminin ədalətli və ləyaqətli idarəsi üçün İslami ölkələrin müştərək müdiyyət koalisiyası yaradılmalıdır. Amma təəssüflər olsun ki, İslami Əməkdaşlıq Təşkilatı ölkələri də Ərəbistana bağlı və asılı olduqları üçün bu təşəbbüsün həyata keçrilməsi üçün zəifdir.