İQNA - Ali Rəhbər Ayətullah
Xamenei çərşənbə axşamı günü Əhalinin və Mənzillərin Siyahıyaalınma
Qərargahının rəsmilərini, İranın Statistika Təşkilatının direktorlarını və Ali
Şurasının üzvlərini qəbul edib.
Əhalinin siyahıyaalınmasının əhəmiyyətini qeyd edən Ali Rəhbər vətəndaşlara üzünü tutaraq deyib: Bütün İran vətəndaşları bu siyahıyaalınmada ciddi şəkildə iştirak etməlidirlər. "İran vətəndaşları ölkədə düzgün, yerində və yararlı qərarların verilməsi üçün, bu önəmli layihədə iştirak etməklə yanaşı ehtiyac duyulan statistika və məlumatları dəqiq şəkildə statistika qurumlarına verməlidirlər.”
Ayətullah Xamenei İranda statistika qurumlarının rəhbərliyinə xitabən bildirib ki, statistikalarda da mövcud vəziyyət bəyan olunmalı, dəyişikliklər prosesi müəyyənləşməlidir ki, dəyişikliklər sürətinin çox yuxarı olduğu hazırkı dövrdə ölkə rəsmiləri proseslərin dəyişikliyindən xəbərsiz qalmasınlar.
Ayətullah Xamenei ölkədə elm təməlli iqtisadiyyatda statistikanın əhəmiyyətinə toxunaraq deyiblər: Ölkənin inkişaf yolu olan elm təməlli iqtisadiyyat savadlı və yaradıcı insan resursuna arxalanıb və aydınlaşmalıdır ki, iqtisadiyyat və texnikanın hər bir sahəsində hansı sayda gənc və istedadlı kadr çalışır və fəaliyyət göstərir.
Ayətullah Xamenei Müqavimət İqtisadiyyatında statistikanın rolunu təyinedici adlandırıb və əlavə edib ki,ölkənin problemlərinin həqiqi həll yolu müqavimət iqtisadiyyatıdır və əgər dünyanın bütün yolları da açılarsa, iqtisadiyyat daxildən qaynaqlanmazsa, sonda bu proses məğlub olmuş prosesdir.
Maide.az