İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "səbəq" elktron qəzetinə istinadla verdiyi xəbərə görə, keçən il Həcc mərasimində Mina faciəsini yaradan və minlərlə iranlı vətəndaşı bu ilin mənəvi Həcc mərasimində iştirak etməkdən məhrum edən Səudiyyə Ərəbistanı bu günlərdə kəskin şəkildə beynəlxalq ictimai fikrin və İslam alimlərinin qınaq obyektinə çevirilib. Ərəbistan beynəlxalq ictimaiyyəti və müsəlmanların düşüncəsini azdırmaq fikri ilə Minada konfrnas keçirərək İranı Həcc mərasimi məsələlərinə dəxalət etməkdə günahlandırdı.
Öz eyblərini gizlətməyə çalışan Ərəbistan cari həftənin ikinci və üçüncü günləri Məkkənin Mina məş`ərində öz muzdurlarını olan "şəxsiyyət"ləri toplyaraq "İslam, Sülh mesajı və etidal" adlı konfrans keçirərək İranı Həcc məsələlərinə dəxalət etməkdə və Həcc ayinini siyasiləşdirməkdə suçladı.
Onlar bu konfransda İranın səudiyyəli məsulların və rəsmilərin Həcc mərasiminin icrasında ləyaqətsiz və bacarıqsız olduqları barədə fikrilərini məhkum etdilər və bunu Həcc məsələlərinə dəxalət kimi dəyərləndirdilər.
Konfrans iştirakçıları İranı fitnə, nifrət yaymaqda və Həcc ayinində siyasi məqsədlər üçün istifadə etməkdə günahlandırdılar.
Bu toplantıda iştirak edənlər öz yekun bəyaniyyələrində Ərəbistan şahına hacılara yaxşı xidmətlər göstərdiyi üçün təşəkkür etdilər.
Bu toplantı bir halda belə bir bəyaniyyə yayır ki, İran İslam Respublikası həmişə müsəlmanların birliyi və İslami məzhəblərin yaxınlaşması siyasətində öncül olub, heç vaxt Həcc mərasimindən siyasi məqsədlər üçün istifadə etməyib və "müşriklərdən bəraət" mərasimi də hər il xüsusi nizam və intizamla və Həcc mərasimində heç bir narahatçılıq yaratmadan həyata keçirib.
Halbuki Ərəbistanın bütün siyasətlərinin İslamın aşkar düşməni olan sionist rejimin siyasətləri yönündə olduğu hamıya gün kimi aşkardır. Bunu Netanyahunun iranlıların Həcc mərasimində iştirak etməməsindən doğan sevinci də bir daha ortaya qoydu.
Səudiyyə Ərəbistanı və konfransa toplananlar bir halda bu iddianı edirlər ki, bir ay öncə Çeçenistanda Əl-Əzhər şeyxlərinin və 200-dən çox əhl-sünnə aliminin iştirak etdiyi toplantıda vəhabiləri və sələfiləri müsəlmanlar və əhl-sünnə sıralarından silib atdılar.
Bundan əlavə Çeçenistan toplantısına Ərəbistanın vəhabi müftilərinin heç biri dəvət olunmamışdı. Konfransda iştirak edənlərin fikirincə dünyadakı radikalizm və terrorun əsas mənşəyi vəhabilər və onların davamçılarıdır ki, digərlərini əzmək üçün onları təkfir etməyə və qeyri-müsəlman adlandırmağa çalışırlar.
http://iqna.ir/fa/news/3530494