İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Press TV-yə
istinadla verdiyi xəbərə görə, Bəhreynin təhlükəsizlik qüvvələri dünən "əd-Diraz"
regionunda yerləşən İmam Sadiq (ə) Came məscidinin ətrafını əhatə edərək, Cümə
namazının qılınmasına icazə verməyiblər.
Bu hadisənin ardından küçələrə tökülən nümayişçilər əllərində daşıdıqları pankartlarla böyük din alimi Ayətullah İsa Qasim ilə həmrəylik içərisində olduqlarını beyan ediblər.
20 İyunda Ayətullah İsa Qasimin vətəndaşlığını ləğv eden Bəhreyn rejim məhkəməsi, bu hadisədən bir həftə əvvəl də Əl-Vifaq İslami Cəmiyyətinin bağlanılması ilə son qərarı qəbul etmişdi.